Siyasət

  • 3 557

“Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir" ÖZƏL-MÖVQE

image

“Əgər Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara etinassız yanaşıb, həm də təcavüzkar ola-ola yeni tələblər irəli sürəcəksə, bu həm beynəlxalq təşkilatları, xüsusilə də ATƏT-in Minsk Qrupunu, həm də ayrı-ayrı dövlətləri xeyli əngələ salacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoqun sözlərinə görə, Paşinyan bir tərəfdən vay-şüvən qaldırıb bildirir ki, partiyalardan sonra Ermənistan dənizli olmayan adaya çevriləcək, digər tərəfdən də təcavüzkar dövlət kimi hətta öz ambisiyalarından əl çəkib kompromislərə getmək əvəzinə əksinə Azərbaycandan kompormislər tələb edir: “Bəzən adama elə gəlir ki, bu adam ermənilərin o hayasız prinsipləri ilə yanaşı, həm də anormal meyllərə malikdir. Onun sərsəm bəyanatları, çıxışları da hər kəsə məlumdur. Mən bu adamı danışıqlarda tərəf kimi görə bilmirəm. O son nəticədə bölgədə böyük bir müharibənin yaranmasına gətirib çıxara bilər.Ermənistanın iddialarına baxmayaraq, Rusiya Paşinyan rejiminə inanmır və münasibətlərdə gərginlik və etimadsızlıq hökm sürür. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. rmənistanın indiki rəhbərliyi regional və beynəlxalq reallığı düzgün dərk edib nəticə çıxarmadığı halda, Ermənistanın iflası və özünü təcridi daha da dərinləşcəkdir. Siyasi, iqtisadi, sosial, demoqrafik və diplomatik böhrandan çıxmağın yeganə yolu işğal siyasətinə son qoyması, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarması və qonşu dövlətlərlə sivil əsaslarla münasibət qurmasıdır”.

sia.az

Digər xəbərlər