Siyasət

  • 4 026

"Azərbaycan Fələstinə öz dəstəyini heç zaman əsirgəmir” ÖZƏL-RƏY

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyev noyabrın 4-də Fələstin dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul etdi. Cənab Prezident Riad Əl-Maliki ilə söhbəti zamanı xüsusilə vurğuladı ki, Azərbaycan hər zaman Fələstin dövlətinin və xalqının haqq işini müdafiə edir və Azərbaycan Fələstin probleminin həlli məsələsində iki dövlət prinsipini müdafiə edir. Eyni zamanda Azərbaycan Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etməklə, həm də Fələstin probleminin həll olunmasında çox maraqlı olduğunu nümayiş etdirib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.Onun sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq təşkilatlar, Fələstin məsələsində məhz iki dövlət prinsipini dəstəkləyir və bu dəstəyi də Fələstin dövləti hər zaman hiss edir, Azərbaycan dövlətinə, onun başçısına öz minnətdarlığını ifadə edir: “Eyni zamanda Riad Əl-Maliki Fələstin prezidenti Mahmud Abbasın da salamlarını Azərbaycan Prezidentinə çatdırdı və qeyd etdi ki, Azərbaycan hər bir zaman Fələstinlə əlaqədar müxtəlif tədbirlərə ev sahibliyi edir. O həmçinin Azərbaycanın xüsusilə də Qüds məsələsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdi. Fələstin XİN rəhbəri söylədi ki, 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etdi və orada çıxış etdi.Prezident öz çıxışı ilə də bir daha Azərbaycanın Fələstin probleminin həllində bir müsəlman ölkələrini həmrəyliyə çağırdı və bu məsələlərdə Azərbaycan hər zaman prinsipial mövqeyi ilə seçilib. Eyni zamanda Riad Əl-Maliki vurğuladı ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək və bütövlükdə beynəlxalq aləmdə Azərbaycana çox böyük etimad, inam var və bunu Fələstin dövləti hər zaman hiss edir. Beləliklə bu gün Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsi bir daha onu göstərir ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim birlik nümayiş etdirir və öz dəstəyini heç zaman əsirgəmir”.

sia.az

Digər xəbərlər