Siyasət

  • 3 713

"Aprel döyüşləri Ordumuzun üstünlüyə malik olduğunu göstərib"

image

“Bu gün Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığı var. Bu dövlətin hərbi sahəyə ayırdığı diqqət və qayğının nəticəsidir. Keçirilən zəruri təlimlər hərbçilərimizin döyüş əhval-ruhiyyəsini daha da artırır, yüksək hazırlıqlı peşəkar hərbi kadr kimi yetişməsinə imkan verir. Məşhur bir deyimdə deyildiyi kimi, təlimdə çox tər tökən, döyüşdə az qan tökər". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu göstərib: "Bütün parametrlərə - silah-sursat, hərbi texnika, hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, insan resurslarına görə Azərbaycan Ermənistandan üstündür. Ən əsası da odur ki, düşməndən fərqli olaraq Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir".E.Həsənli vurğulayıb ki, bizim əsas məqsədimiz işğal olunan torpaqlarımızı düşməndən azad etmək, Ermənistanın ölkəmizə qarşı təcavüzünü dayandırmaqdır: "Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağdır. Şükürlər olsun ki, bu gün Azərbaycanda ordu-xalq-dövlət birliyi var. Bu bizi böyük qələbəyə daha da yaxınlaşdırır".

sia.az

Digər xəbərlər