Siyasət

  • 4 080

"Ağdamda görülən işlər məcburi köçkünlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsidir"

image

"Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Ağdamda Muğam Evinin tikilməsi xalqımızın, gənclərimizin mənəvi inkişafına çox böyük təkan verir". SİA-nın xəbərinə görə, bunu deputat Bəxtiyar Əliyev Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edərkən deyib.Deputata bildirib ki, Ağdamda həyata keçirilən işlər, atılan addımlar məcburi köçkünlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsidir: “Ağdamın ərazilərinin 70 faizi işğal altındadır. Orada insanlar atəşkəs xəttində yaşayırlar, amma inanırlar ki, doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin də oraya hər səfəri yeni infrastukturun qurulmasına gətirib çıxarır. Düşünürəm ki, 190 mindən çox əhalisi olan Ağdam üçün gələcəkdə investisiya fondundan bu istiqamətdə əlavə vəsaitlərin ayrılması yaxşı olardı”.

sia.az

Digər xəbərlər