Siyasət

  • 4 290

“Azərbaycan hələlik sülhpərvər yolu tutur" ÖZƏL-ŞƏRH

image

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam rayonuna səfəri zamanı bildirdi ki, “Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək öz işğalçı qüvvələrini tezliklə Azərbaycan torpaqlarından çıxarmalıdır”. Bu dövlət başçısının fikridir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, əslində bu, dünyanın indiki şəkildə tələb etdiyi, gündəmə gətirdiyi sülh yolu ilə məsələnin həll olunmasıdır: “Azərbaycan hələ ki sülhpərvər yolu tutur. Amma Prezident tez-tez o sözü də gündəmə gətirir ki, bizi məcbur etməsinlər ki, digər çıxış yoluna əl ataq. Bu da təsadüfi deyil. Çünki həmin gün Paşinyan Azərbaycan torpağına gələrək Bako Saakyanla Xankəndində görüş keçirib. Əslində bu mesajdır. Yəni Azərbaycan dövlətinin hal-hazırda tutduğu mövqe məsələnin sülh yolu ilə həll olunmasıdır. Azərbaycan itki vermək yolu ilə bu məsələni həll edə bilər. Azərbaycanın hal-hazırdakı hərbi gücü Ermənistandan dəfələrlə güclüdür. Amma buna baxmayaraq Azərbaycan yenə də beynəlxalq hüquq normalarına hörmət edir və ona riayət edir. Təbii ki, Prezident hara gedirsə Qarabağ məsələsini birinci gündəmə gətirir. Bildiyiniz kimi Ağdam da Qarabağın əsas işğal olunmuş rayonlarından biridir və bu görüş də ərazinin bir hissəsinin işğaldan kənarda qalan yerində olub. Təbii ki, bu cür çıxışların olması və bir növ xalqın qarşısında hesabat verməsi qəbul olunan bir şeydir”.

sia.az.

Digər xəbərlər