Siyasət

  • 4 231

"Azərbaycanın haqq işini dünya dövlətləri tanıyır" ÖZƏL-RƏY

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara hər bir səfəri Azərbaycan zəhmətkeşlərinin, sakinlərinin, xüsusilə cəbhə bölgəsində olan sakinlərin qələbəyə, torpaqları geri qaytarmasına inamını artırır. Amma bu gün Ermənistan hakimiyyəti gərgin vəziyyət içindədir”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndə çoxlu vədlər vermişdi amma heç bir problemi həll edə bilmir: “Daxili problemi həll edə bilməyən dövlət başçıları daxildəki ziddiyyətləri kənara ötürmək istəyirlər. Bu tarixən belə olub. İndi Paşinyan rejimi də əvvəlki rəhbərliyin səhvlərini təkrar edə-edə daxildəki sosial problemləri həll etmək əvəzinə Azərbaycan tərəfinə məsuliyyətsiz bəyanatlar verir. Bu baxımdan Azərbaycan rəhbərinin dediyi fikirlərlə tam şərikik ki, dövlət başçımız Ermənistana xəbərdarlıq edir. Azərbaycanın haqq işini artıq dünya dövlətlərinin əksəriyyəti tanıyır. Azərbaycan regionda lider dövlətdir. Bu baxımdan münaqişənin beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıyıq. Təbii ki, onu da bizim Prezidentimiz bəyan edib. İndi isə yeni bir fikir ortaya atılıb. Bu da əsirlərin dəyişdirilməsi ilə bağlıdır. Əsirlərin şərt qoymadan hamının hamıya dəyişdirilməsi mənim fikrimcə, hər iki tərəf üçün məqbuldur. Elə birinci növbədə bu sülhün, problemin əldə olunmasını bundan başlamaq lazımdır”

sia.az

Digər xəbərlər