Siyasət

  • 3 922

“Ermənistan ölüm və ya olum qarşısında dayanıb" ÖZƏL-MÜNASİBƏT

image

“Bu gün Ermənistan dövləti elə bir acınacaqlı vəziyyətdədir ki, ölüm və ya olum qarşısında dayanıb. Yəni doğurdan da Ermənistan yaşamaq istəyirsə, normal bir dövlətə çevrilmək istəyirsə Azərbaycan Prezidentinin dediyi kimi o Azərbaycanın işğal etdiyi ərazilərindən öz qoşunlarını çıxarmalıdır və ölkəmizlə sülh müqaviləsi imzalamalıdır. Əks təqdirdə Ermənistan bu cür yaşamağa davam edə bilməz”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, bu gün dünyanı iqtisadi, siyasi, hərbi böhran öz cənginə alıb: “Ona görə də Ermənistanı himayə edən dövlətlərin özlərinin də iqtisadi, siyasi, hərbi vəziyyətləri yaxşı deyil. Dünyada çox böyük qarşıdurmalar var. Ermənistanı himayə edən Rusiyanın, digər dövlətlərin böyük iqtisadi problemləri var. Artıq onlar Ermənistanı saxlaya bilmirlər. Təbii ki, belə olan təqdirdə Ermənistan normal şəkildə yaşamaq üçün ərazilərimizi azad etməlidir, eləcə də işğalçı ölkə regiona normal şəkildə inteqrasiya etməlidir. Əks təqdirdə Ermənistanın qarşısında ikinci yol ölüm olacaq. Yəni bu dövlət onsuzda bu gün demək olar ki, ölü vəziyyətində olan bir dövlətdir. Ermənistan Rusiyanın əyalətindən fərqli deyil. Hətta Rusiyanın ən geridə qalmış, inkişaf etməmiş bir əyalətidir. Ermənistan əhalisi aktiv şəkildə uzun illərdir ki, köç edib və küsüb gedirlər. Cənab Prezidentimiz Ağdam rayonuna səfəri zamanı çox düzgün şəkildə bu məsələyə qiymət verdi və bu məsələni dəyərləndirdi. Düşünürəm ki, Ermənistanın yeni rəhbərliyi bundan nəticə çıxarmalıdır”.

sia.az

Digər xəbərlər