Siyasət

  • 4 388

"Dilin inkişafının mahiyyətini düzgün anlamaq lazımdır” ÖZƏL-RƏY

image

“Ulu öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin qorunması və inkişafı üçün əvəzedilməz xidmət göstərib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.Onun sözlərinə görə, hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini hər bir istiqamət üzrə böyük uğurla davam etdirir: “Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir. Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2007-ci ildə isə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" sərəncamlar imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi. Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq. Müstəqil siysətimiz olduğu kimi müstəqil ana dilimiz də var və dövlət dili olaraq Azərbaycan dilinin qorunması üçün atılan bütün addımlar çox əhəmiyyətlidir. Dili xalqın ən böyük sərvəti kimi qiymətləndirib onu qorumaq hər bir vətəndaşın mənəvi borcudur”.Ana dilinə sevginin beşikdən başladığını qeyd edən Milli Məclisin deputatı bu işdə valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğuladı: “Ana dilinin qorunması ilə bağlı bir çox məsələlərdə dəqiq meyarlar tapılmalıdır. Dilin qorunması onun qrammatikasını öyrənməklə yanaşı, qanun və qaydalarının yeni nəsilə ötürülməsi ilə bağlıdır və eyni zamanda, onun tədqiq kontekstinin genişlənməsi ilə əlaqədardır. Bu mənada dilçilərlə birlikdə ali məktəb strukturunun müxtəlif sahələrinin nümayəndələri ilə görüşlərə böyük ehtiyac var. Bədii ədəbiyyatın mütaliə olunması da dilin saflığının qorunması məsələsində vacibdir. Hər hansı bir dəyişmə inkişaf etməkdir. Dilin inkişafının mahiyyətini düzgün anlamaq lazımdır”.

sia.az

Digər xəbərlər