Siyasət

  • 4 152

Kreml nümayəndəsi erməniləri inadkarlıqda suçladı KTMT problemi

image

Rusiya və Belorus namizədləri daha real görünür

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu gün Astanada keçirəcək sammitdə hərbi alyans rəhbərliyindən uzaqlaşdırılan Ermənistan təmsilçisi Yuri Xaçaturovun yerinə seçiləcək yeni baş katib məsələsini müzakirə edəcəklər. SİA xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, baş katib vəzifəsinə üç namizəddən biri seçiləcək, TASS Uşakovun sözlərini qeyd edib.“Bu məsələ qapalı rejimdə müzakirə olunacaq. Üç mümkün varianta baxılacaq: ya 2020-ci ilin may ayına qədər baş katib vəzifəsini müvəqqəti olaraq Rusiya təmsilçisi, hazırkı vaxta qədər müavin vəzifəsini icra etmiş Valeri Semerikov icra edəcək, ya əlifba sırası ilə Ermənistandan sonra gəldiyinə görə Belorusun nümayəndəsi, üçüncü variantda isə erməni tərəfinin iddiasına görə, 2020-ci ilin mayına qədər hər hansı bir erməni təmsilçisinin müzakirəsi aparılacaq”, Kremlin nümayəndəsi əlavə edib.

sia.az

Digər xəbərlər