Siyasət

  • 4 139

Əbülfəs Qarayev: Ağdamda Muğam Evinin inşa edilməsi böyük və tarixi hadisədir

image

“Ağdamda Muğam Evinin inşa edilməsi böyük və tarixi hadisədir. Biz hamımız bu gözəl hadisəni müşahidə etdik”. Bu fikirləri mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Ə.Qarayev bildirib ki, bu Muğam Evi dövlət büdcəsindən vəsait ayrılmadan, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Onun sözlərinə görə, muğamin beşiyində Muğam Evi fəaliyyət göstərəcək. Bu, çox mühüm hadisədir.
Mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericilik bazasının yaradılmasını təklif edən Ə.Qarayev hazırda bu sahəsinin maliyyələşdirilməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bildirərək deyib.
“Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha qənaət ilə xərclənməsi və strukturun təkmilləşdirilməsi ilə bağlı çox ciddi addımlar atılıb”-deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər