Siyasət

  • 3 990

Rafael Hüseynov: Dövlət başçısının Fərmanı ana dilimizlə bağlı problemlərin aradan qadırılmasında mühüm rol oynayacaq

image

“Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ana dilimizlə bağlı problemlərin aradan qadırılmasında mühüm rol oynayacaq”. Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, getdikcə sayı artan kütləvi informasiya vasitələri, ən müxtəlif informasiya resursları, internet şəbəkəsi, reklam məkanı istər-istəməz naşı adamlarla doludur. Bu da Azərbaycan dilinə qarşı müxtəlif müdaxilələrin olmasına gətirib çıxarır.
“Dilin də öz sərhəddi var və bu sərhədlər də qorunmalıdır. Düşünürəm ki, cənab Prezidentin Fərmanı və bu Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması ilk növbədə dil sərhəddinin qorunması deməkdir”-deyən R.Hüseynov müasir dövrdə ölkəmizdə reklam bazarında dil normalarının pozulmasına da diqqət çəkib. Komitə sədri bu məsələdə bir sıra yeniliklərin tətbiq olunmasının vacıb hesab edib: “Həm televiziya ekranlarında, həm də şəhərimizdə gördüyümüz reklamlarAzərbaycan dili ilə çox zaman tam uyğun gəlmir. Bəzən Azərbaycan dilinin statusu ilə bu reklam mətnlərində ziddiyyət ortaya çıxır. Yəni Azərbaycan dili haqqında qanuna əsasən, əcnəbi dildə reklam mətni yazılırsa, o, Azərbaycan dilində olan mətndən mütləq aşağıda yazılmalıdır. Hesab edirəm ki, Monitorinq Mərkəzi gələcəkdə bu məsələləri xüsusi diqqət mərkəzində saxlayacaq”.

yap.org.az

Digər xəbərlər