Siyasət

  • 3 438

"Ermənistanda seçkilərə qədər xaos ola bilər" AÇIQLAMA -ÖZƏL

image

"Rusiyanın Paşinyandan xoşu gəlmədiyi açıq aydındır. Bu, KTMT-yə baş katib seçkisində də özünü göstərdi. Üstəlik Rusiya Ermənistanda müəyyən xaosun ola biləcəyi ehtimalını da nəzərdən qaçırmır. Xaos Paşinyan tərəfdarları ilə köhnə rejimin tərəfdarları arasında müəyyən qarşıdurmanın ola biləcəyi şəklində özünü biruzə verə bilər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloq bildirib ki, baş verən xaos nəticəsində Paşinyanın "məxməri inqilab" adlandırdığı proses tamamilə əksinə yönələ bilər.İrəvanda Paşinyanın KTMT-də uğursuzluğunun kəskin şəkildə tənqid edildiyini deyən Q. Hüseynli söyləyib ki, o, general Xaçaturovun vaxtından əvvəl həbs etməsi, istefaya getməsindən əsas günahkar hesab olunur: " Bu baxımdan hazırda Paşinyanın reytinqində geriliyin müşahidə olunduğu şəksizdir".Politoloq söyləyib ki, Paşinyanın rəqibləri Sarkisyan, Koçaryan, Karapetyan hazırki durumdan istifadə edərək əhali arasında onun reytinqinə zərbə vururlar. " Bu proses 9 dekabr tarixində keçiriləcək seçkilərə qədər daha da gərginləşəcək ki, bu da ölkədə pozulan ictimai siyasi sabitliyin daha da pozulmasına səbəb olacaq".9Q. Hüseynli qeyd edib ki, 9 dekabr seçkilərinin İrəvandakı mer seçkiləri kimi vüsətli olacağı inandırıcı deyil: "Sarkisyan tərəfdarlarının serçki ilə bağlı daha geniş təcrübəyə malik olduğunu nəzərə alsaq, o zaman seçkilərdə ciddi mübarizə olacağını demək mümkündür".

sia.az

Digər xəbərlər