"Konstitusiya dövlətin mühüm atributlarından biridir" MÜNASİBƏT-ÖZƏL

“Azərbaycanda 1995-ci ilə qədər 1921, 1925,1937,1978-ci illərdə Konstitusiya qəbul edilib. Lakin onların heç biri müstəqil Azərbaycan dövlətinin Konstitusiyası olmayıb. 1995-ci ilin bu günündə yəni noyabrın 12-də qəbul olunan Konstitusiyasıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.23 il müddətində sənədə Referendum yolu ilə bir neçə dəfə əlavə və dəyişikliklərin edildiyini deyən deputat söyləyib ki, bunun da səbəbi cəmiyyətdə, dövlətdə, beynəlxalq aləmdə gedən proseslərlə bağlı olub.E.Məmmədov söyləyib ki, Konstitusiya hər bir dövlətin ana qanunudur: “Bütün qalanlar qanunlar Konstitusiyaya istinadən qəbul olunur. Müstəqil Azərbaycanın Konstitusiyasında qeyd edilən “hakimiyyət xalq məxsusdur” ifadəsi də geniş məna kəsb edir. Bu o deməkdir ki, Azərbaycanda söz, hakimiyyət xala məxsudur. Ölkəmizdə söz, insan hüquqları azadlıqları bu sənədə əsasən inkişaf etdirilir. Ölkəmizdə qəbul olunan bütün qanunlar məhz bu sənədə istinadən qəbul edilir, idarəçilik sənədə əsasən həyata keçirilir”.Müstəqil Azərbaycan Konstitusiyasının yaradıcısı, quruducusu Ulu Öndər Heydər Əliyev olduğunu deyən deputat vurğulayıb ki, sənədin hər bir maddəsi Ümummilli liderin birbaşa iştirakı və rəhbərliyi ilə yazılaraq qəbul edilib. Biz bu sənədi qəbul edərkən çalışmışıq ki, buarda müstəqilliyimizin, dövlətçiliyimizin əbədi, möhkəm olması öz əksini tapsın. Konstitusiya hazırlanarkən dünyanın aparıcı, demokratik, inkişaf etmiş dövlətlərinin təcrübələrindən istifadə edilib”.E.Məmmədov qeyd edib ki, Konstitusiya dövlətin mühüm atributlarından biridir: “Azərbaycan Respublikasının Konstitusiyası mükəmməl hüquqi sənəddir”.

sia.az