Siyasət

  • 5 537

“Vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi” TƏDBİR

image

YAP Pirallahı rayon təşkilatı bu mövzuda tədbir keçirib

Yeni Azərbaycan Patiyası (YAP) Pirallahı rayon təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Pirallahı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi” mövzusu altında tədbir keçirilib. Pirallahı qəsəbəsində yerləşən 168 saylı orta məktəbdə keçirilən tədbirdə şagirdlərin görüşünə Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin və Pirallahı rayon Ağsaqqallar şurasının üzvləri gəliblər.Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, Qarabağ və Əfqanıstan müharibəsi veteranı Hikmət Şikarov qeyd edib ki, olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunları zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. “Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf edib”, deyə qeyd edən Hikmət Şikarov həmçinin bildirib ki, vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olub, bu gün də aktual olaraq qalmaqdadır: “Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.
Əgər biz tarixi keçmişimizə nəzər salsaq, görərik ki, doğma yurdumuz Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olub, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparıblar. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilib, Vətən naminə canlarını qurban verməkdən çəkinməyiblər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyublar”.“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi ölkəmizdə hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilmişdir və mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır”, deyə vurğulayan YAP Pirallahı rayon təşkilatının sədri çıxışının sonunda bildirib ki, qısamüddətli və qalibiyyətli aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı Ordumuzun yüksək döyüş bacarığı və qüdrətini də əyani şəkildə sübut etdi.Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, Qarabağ müharibəsi əlili Mübariz Xudaverdiyev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Pirallahı rayon şöbəsinin sədri Aslan Əmrahovun çıxışları zamanı bildirildi ki, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. “Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir”, deyə qeyd olunan fikirlərdə o da bildirilib ki, torpaqlarımızın 20%-nin erməni separatçıları tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkilində vətənpərvərlik mövzusunda keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir.Rəsmi hissənin sonunda bir qrup Qarabağ müharibəsi veteranı "Milli Ordu - 100" və "Müharibə veteranı" medalları ilə təltif olunublar.Rəsmi hissə başa çatdıqdan sonra rayonun ümumtəhsil müəssisələrinin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda səslənən şeir, mahnı və kompozisiyalar tədbirə xüsusi rəng qatıb.

sia.az

Digər xəbərlər