Siyasət

  • 4 768

“Arif Əliyev onların çağırışlarını, tövsiyyələrini yerinə yetirir" ÖZƏL-RƏY

image

“Azərbaycandakı bir qrup şəxslər insan hüquqlarının qorunmasından, mətbuat azadlığından sui-istifadə edərək dövlətçiliyə qarşı mübarizəni özlərinin həyat tərzi seçiblər. Hakimiyyətə qarşı müxalifətdə olmaq olar amma dövlətə, öz xalqına qarşı müxalifətdə olmaq olmaz”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, onların vaxtaşırı verdiyi açıqlamalar bir qayda olaraq xaricdəki anti-Azərbaycan mərkəzlərinin bəyanatları ilə üst-üstə düşür: “Sanki eyni tezislər hansısa yollarla bunlara yönəldilir. Eyni zamanda həm o mərkəzlər, həm də Arif Əliyev kimi şəxslər öz yaşadıqları ölkəyə qarşı böhtan, şər, həqiqətə uyğun olmayan bəyanatlar verməyə çalışırlar. Çox qəribədir. Bir tərəfdən onlar şəxsi təhlükəsizliyin təmin edildiyi bir cəmiyyətdə yaşayırlar, digər tərəfdən də təmin edilmiş yollarla öz işləri və yaxud da şəxsi işləri üçün hərəkət edirlər. Əllərində olan vəsait inflyasiyadan qorunur və onun dəyərdən düşməsi təhlükəsi yoxdur. Eləcə də ölkəyə sərbəst daxil olub və sərbəst çıxa bilirlər. Bununla belə öz fikirlərini azad şəkildə bu və ya digər kütləvi informasiya vasitəsində gizlədir. Bir tərəfdən dövlət onların öz üzərinə düşən vətəndaşın hüquq və azadlıqlarını təmin edilməsi şəraitində bundan maksimum yararlanırlar. Amma digər tərəfdən isə hərbi mühit haqqında mənfi rəy yaratmağa çalışırlar.Əlbəttə ki, mən bu cür hərəkətləri pisləyirəm və belə hərəkətlər yolverilməzdir. Bunlar vətəndaşlıq hissinə, vətənpərvərliyə zidd olan bir məsələdir. Hər bir insan öz fəaliyyətinin nəyə yönəldiyini, hansı nəticələrə gətirib çıxardığının fərqində olmalıdır. Həmin o qrupun hansı ki, içində olan, özünü ziyalı adlandıran Arif Əliyev də var. Arif Əliyev həmin onların çağırışlarını, tövsiyyələrini yerinə yetirir. Yerinə yetirilsəydi bu gün Azərbaycanın adı Suriya, Liviya, Yəmənlə yanaşı çəkilərdi. Necə ki, həmin ölkələr bu gün vətəndaş müharibəsi içərisindədir və bir qrup o vətəndaşlar isə xaricdə öz həyatlarını qururlar, bunun Arif Əliyev üçün də heç bir fərqi yoxdur. Onlar öz şəxsi maraqlarını dövlətinin, cəmiyyətinin mənsub olduğu xalqın maraqlarından üstün tuturlar. Bu birmənalı şəkildə pislənilir və cəmiyyətdə buna hər hansı bir dəstək ola bilməz. Onlar bilməlidirlər ki, bu cür hərəkətlərə, çağırışlara qarşı həmişə cəmiyyətdən çox sərt adekvat cavablar veriləcək”.

sia.az

Digər xəbərlər