"ATƏT Qarabağ məsələsinə ikili standartla yanaşır" ÖZƏL-RƏY

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü planlaşdırılır.Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Cümşüd Nuriyev deyib ki, artıq ATƏT-in Minsk qrupunun missiyası qəbuledilməz həddə gəlib çatıb: “Apardığım araşdırmalar, analizlər, təhlillər göstərir ki, ATƏT Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində ikili standartla fəaliyyət göstərir. Hətta deyərdim ki, daha çox xristian həmrəyliyi göstərərək Minsk Qrupunun həmsədri olan hər üç dövlət Ermənistanı dəstəkləyir. Azərbaycan sülh siyasətindən əl çəkmir. O mənada ki, yəni bizi başqa şeylərdə ittiham etməsinlər. Cənab Prezident İlham Əliyevin bu sahədə yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyirəm. Amma bizim Azərbaycan XİN rəhbərinin görüşlərinin baş tutması ehtimalı yüksəkdir. Lakin Ermənistan XİN rəhbəri heç bir məsələni həll etmir. Çünki Paşinyan kifayət qədər həm aqressivdir, həm də siyasətdən uzaq bir adamdır. Paşinyanın hərəkətləri bizə AXC-nin hərəkətlərini xatırladır. Ona görə də nazirlərin görüşünün müsbət nəticə verəcəyinə inanmıram. Amma təbii ki, burada danışıqlar masasına ərazilərin ən azı bir hissəsinin sülh yolu ilə qaytarılması məsələsi gələcək. Yəni işğal olunmuş ətraf rayonların qeyri-şərtsiz qaytarılması məsələsi dayanır. Cənab Prezidentin qəti mövqeyidir ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar gedə bilər. Yəni XİN rəhbərinin ixtiyarı yoxdur ki, Prezidentin qoyduğu qaydalardan kənara çıxa bilsin. Ermənistan çalışacaq ki, yenə də məkrli siyasətini yürüdəcək”.

sia.az