Siyasət

  • 3 572

Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib

image

Noyabrın 14-də Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib.Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr aparılıb.

Çıxış edən deputatlar 2019-cu ilin büdcəsini yüksək dəyərləndiriblər. Layihənin mükəmməl sənəd olduğu vurğulanıb. Qeyd edilib ki, gələn ilin dövlət büdcəsi mövcud reallıqlar nəzərə alınmaqla tərtib olunub. Peşəkarlıqla hazırlanmış bu maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə, eyni zamanda, ölkənin müdafiə qüdrətini artırmağa, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirməyə imkan verəcək. 2019-cu ilin dövlət büdcəsinin bütövlükdə sosialyönümlülüyünü saxlaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra proqramların maliyyələşməşdirilməsinin nəzərdə tutulması təqdirəlayiq hal kimi qiymətləndirilib. Büdcənin sosialyönümlülüyü sayəsində hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq. Büdcədə nəzərdə tutulan sosial xərclər sosial rifahın yaxşılaşdırılmasının dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Sonra əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib.

yap.org.az

Digər xəbərlər