Siyasət

  • 3 907

"Avropa siyasi mühitində siyasi korrupsiya araşdırılmalıdır" ÖZƏL-RƏY

image

“Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarusun Albaniya Respublikasında da arzuolunmaz şəxs elan olunub. Hesab edirəm ki, Avropa siyasi mühitində siyasi korrupsiya araşdırılmalıdır. Çünki bu şəxslərin fəaliyyəti bilavasitə müvafiq korrupsiya əməlləri ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.“Biz Avropa Parlamentində, Avropa Şurasında belə şəxslərin fəaliyyətini birmənalı qiymətləndirməliyik və ciddi araşdırmalar olmalıdır. Təəssüf doğuran amil odur ki, Avropa siyasətçiləri hansısa şirkətlərdən, lobbi qruplardan vəsaitləri alır və nəticədə bu istiqamətdə erməni qrupları Avropa mühitində çox ciddi fəaliyyət göstərirlər. Ona görə də biz bu araşdırmaları tələb etməliyik”-deyə, deputat bildirib.A.Mollazadə əlavə edib ki, qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus kimi Avropa Parlamentinin nümayəndələri öz ölkələrinin, xalqlarının maraqlarından çıxış etmir, erməni lobbisinin, diasporunun siyasətini həyata keçirir: "Əslində Avropa Parlamentində erməni diasporunun yaratdığı korrupsiyanın ciddi araşdırılmasının vaxtı çatıb. Buna həqiqətən böyük bir ehtiyac var. Çünki bir neçə belə qərarlar əslində Avropa İttifaqının siyasətinə ziddir. Tam aydındır ki, bu cür qərarlar arxasında məhz siyasi korrupsiya və erməni lobbisinin fəaliyyəti durur. Eleni Teoxarusun hərəkətləri Avropa Parlamentinin, bütövlükdə Avropa İttifaqının siyasətinə ziddir. Bilavasitə onun erməni diasporu ilə əməkdaşlığı nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri baş tutur. Bu baxımdan ehtiyac var ki, erməni lobbi qruplarının Avropada apardığı korrupsiya fəaliyyəti ciddi araşdırılsın və ona hüquqi qiymət verilsin”.

sia.az

Digər xəbərlər