Siyasət

  • 3 968

Azərbaycan NATO PA-nın sessiyasında təmsil olunacaq

image

Noyabrın 16-da Kanadanın Halifaks şəhərində NATO Parlament Assambleyasının payız sessiyası işə başlayacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində Demokratiya və İnsan Hüquqlarının təşviqi, Rusiyanın hibrid təhdidlərinə qarşı tədbirlər, NATO-nun yürütdüyü Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Kosmik sənayesinin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi çağırışı, Cənubda qeyri-sabitlik, Qərbi Balkanlarda təhlükəsizlik, Qaranlıq əlaqələr: terroristlərin şifrəli mesajlaşma, qara veb və rəqəmsal valyutalardan istifadəsi və digər mövzularda müzakirələr aparılacaq.NATO Parlament Assambleyasının payız sessiyası noyabrın 19-da başa çatacaq.

sia.az

Digər xəbərlər