Siyasət

  • 3 025

Hikmət Babaoğlu: “Teoxarus Avropa Parlamenti qarşısında hesabat verməlidir” ÖZƏL-ŞƏRH

image

“Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarus hər şeydən öncə etdiyi hərəkətlərə görə Avropa Parlamenti qarşısında hesabat verməlidir və AP-nin daxili nizamnamə qaydalarına uymalıdır. Ancaq təəssüf ki, Kiprdən olan parlamentari daima separatizmi, ölkələrin ərazi bütövlüyünü təhdid edən məsələləri özü üçün bir siyasi məqsəd vasitəsi kimi müəyyənləşdirib”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, bu xanım parlamentari dəfələrlə qanunsuz olaraq Dağlıq Qarabağa səfər etdiyinə görə əslində həm AP-nin daxili nizamnaməsini, həm də beynəlxalq hüququ pozub: “Çünki o Avropa Şurasının üzvü olan bir ölkənin ərazisini qeyri-qanuni yollarla keçib. Məhz ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi onu arzuolunmaz şəxslər siyahısına daxil etmişdir. Ancaq görünür Eleni Teoxarus nədənsə daima belə məsələlərdə önə çıxmaqla növbəti dəfə Albaniyanın cənub ərazilərinə iddia qaldırmaqla onun ərazi bütövlüyünü təhdid edən bəyanatlar səsləndirmişdir. Haqlı olaraq Albaniya XİN tərəfindən də o arzuolunmaz şəxslər siyahısına daxil edilib.Məsələ ondandır ki, hazırda Qərbdə separatçılığı təşviq edən və işğalçılıq siyasəti ilə məşğul olan Ermənistan və bu kimi digər mərkəzlər tərəfindən Teoxarusun addımlarını təşviq edən maliyyə mənbəyi yaradılır və ölkələrə qarşı bu cür iddia ilə çıxış edən bir şəbəkə formalaşdırılır. Teoxarus da əslində bu şəbəkənin toruna düşüb. Ancaq o bilməlidir ki, Avropa Parlamentinin üzvü kimi həm beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır, həm ərazi bütövlüyün şübhə altına aldığı dövlətlərin hüquq sistemi qarşısında məsuliyyət daşıyır, həm də üzvü olduğu AP-nin qarşısında məsuliyyət daşıyır. Ona görə də düşünürəm ki, əgər AP doğurdan da özünü beynəlxalq təşkilat kimi nüfuzlu hesab edirsə, onun nüfuzuna xələl gətirən deputatlarını ilk növbədə özü cəzalandırmalıdır ki, sonradan digər vasitələrlə onların cəzalandırılmasına nail olmaq üçün müvafiq beynəlxalq hüquqi prosedur başlanılmasın. Mən düşünürəm ki, bu AP-nin imic məsələsidir. Əgər belə olacaqsa, AP-yə, Avropa İttifaqına və yaxud da Avropa Şurasına üzv olan digər ölkələrin ərazi bütövlüyü ilə də bağlı bu cür təhdidlər, addımlar atıla bilər. Nəticədə həm beynəlxalq hüquq pozulmuş olar, həm də AP-nin beynəlxalq nüfuzuna ciddi zərbə dəymiş olar”.

sia.az

Digər xəbərlər