"Biz parlamentin fəaliyyəti ilə bağlı ictimaiyyətin fikrini bilməliyik"

“Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Komitə sədri Siyavuş Novruzov Parlamentin xərclər smetası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.O bildirib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: “Onların hazırlanması üçün rus dilli, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki, Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.Milli Məclisdə sosioloji sorğu mərkəzinin yaradılmasını təklif edən S.Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini dilə gətirib: “Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, mütəxəssislər tərəfindən sorğular vasitəsilə ictiamiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün parlamentlərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir”.Deputat çıxışı zamanı Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsait artırılmasını da təklif edib: "Bundan əlavə, Milli Məclisin əməkdaşlarının da əmək haqları artırımalıdır. Çünki, onlar gecə gündüş işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərinin sənədləri, yerləşdirilməsi məsəsləsi ilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsat artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər”.

sia.az