Siyasət

  • 7 948

Məlahət İbrahimqızı: Azərbaycan beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə atrırıb

image

“Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə atrırıb”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, qazanılan uğurların başlıca səbəbi ölkəmizdə həyata keçirilən siyasin milli maraqlara əsaslanmasıdır. Onun sözlərinə görə, dövlətimin daxili və xarici siyasəti məhz bu amilə söykənir.
“Azərbaycan həmçinin, nəhəng transmili layihələrin müəllifidir. Ötən il istifadəyə verilən Bakı-Tblisi-Qars dəmir yolu xətti regionun inkişafı üçün böyük perspektivlər vəd edir. Eləcə də, bu il açılışı edilmiş TANAP layihəsi, “Star” zavodunun istifadəyə verilməsi Azərbaycanın gücünü göstərən amillərdən biridir. nəhəng layihələrin müəlifi kimi ölkəmiz nəinki regionun inkişafına, o cümlədən Avropa məkanında əməkdaşlığın möhkəmlənməsinə öz töhfələrini verir”-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

yap.org.az

Digər xəbərlər