“Məsələ qaldırılmalıdır ki, Fransa həmsədrlikdən çıxarılsın" ÖZƏL-RƏY

“Ümumiyyətlə, Fransa dövlətinin tutduğu mövqe anlaşılmazdır. Dünyaya siyasətdən, mədəniyyətdən və s. dərs keçmək cəhdində olan, başqalarından özünü aqil hesab edən bir dövlətin nümayəndələrinin hərəkətləri anlaşılmazdır. Yəni bunlar bu qədərmi savadsızdırlar ki, heç kim tərəfindən tanınmayan, əldəqayırma bir qurumun rəhbərini qəbul edəsən. Axı necə olur ki, onlar Donetskin, Abxaziyanın, Cənubi Osetiyanın, Dnestryanının və digərlərinin rəhbərinin ölkəyə gəlməsinə qadağa qoyulub və adları qara siyahıya salınıb amma Qarabağın bu dılğır ermənisi üçün bunlar Fransanı açıq elan ediblər”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, dünyada ən çox erməninin yaşadığı dövlət Fransadır: “Təbii ki, Fransada da bu ermənilərin lobbisi kifayət qədər güclüdür. Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfərini də bunlar bəzi hallarda qeyri-rəsmi qəbul edirlər. Hesab edirəm ki, Milli Məclisdə olan partiyalar Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməli və yaxud dünya parlamentinə müraciət ünvanlamalıdırlar. Ümumiyyətlə bu məsələlərə qon qoymaq lazımdır. Eləcə də Milli Məclis məsələ qaldırmalıdır ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılsın. Onlar Azərbaycan xalqının əsəbləri ilə oyanırlar. Bu nə beynəlxalq hüquqa, beynəlxalq qanunların ruhuna uyğundur, nə də Azərbaycanın tutduğu tolerant mövqeyə uyğundur. Onlar bir növ Azərbaycanı hirsləndirmək istəyirlər".

sia.az