Siyasət

  • 4 165

“Bu Paşinyanın nəinki səviyyəsizliyi, hətta tərbiyəsizliyidir" ÖZƏL-ŞƏRH

image

“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib. Birincisi bu Paşinyanın nəinki səviyyəsizliyi, hətta tərbiyəsizliyidir”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Paşinyan siyasi cəhətdən yetkin deyil: “Yəni küçədən birbaşa gəlmiş bir adam kimi ancaq küçə səviyyəsində düşünə bilir. Təəssüf ki, bu şəxs hal-hazırda Ermənistana rəhbərlik edir. İkincisi bu adam başa düşmür ki, Ermənistan ya Belarusiyanın, ya da Qazaxıstanın bir vilayəti boydadır. Bunların hər ikisi keçmiş Sovet məkanı Rusiyadan sonra həm ərazisinə görə, həm hərbi qüdrətinə görə, həm də istisadi qüdrətinə görə ən güclü dövlətlərdir. İndiyədək Ermənistan rəhbərlərindən öz əməli ilə Azərbaycana xeyir verən yeganə Paşinyan oldu. Biz indiyədək nə qədər deyirdiksə Ermənistanın rəhbərliyi siyasi cəhətdən yetkin deyil, küçədəngəlmə adamlardır, hamısı siyasətdən uzaq adamlardır onu bir növ əməllə sübut etmək çətin olurdu. Amma indi Paşinyan bunu etdi. Təbii ki, o barədə ona sağol düşür. Lakin bütün hallarda bu dövlətçilik üçün çox biabırçı bir şeydir. Əslində bu göstərdi ki, ermənilərin tarixən də dövlətçilik ənənəsi olmayıb. Azərbaycanın dövlətçiliyi min illərlədir. Həm də Azərbaycan Prezidenti ilə müqayisədə bu küçədəngəlmə bir adam olduğuna görə bir daha ölkə başçısının nə qədər uzaqgörən və ağıllı siyasətçi olduğunu gündəmə gətirir. Çünki cənab Prezident Ağdamda səfərdə olarkən özü dedi ki, “biz gözləyirik ki, Ermənistan özü-özünü biabır etsin və çətin vəziyyətə salsın”. Bu o deməkdir ki, Qarabağ məsələsində Paşinyanın mövqeyi olmayacaq”.

sia.az

Digər xəbərlər