Siyasət

  • 4 175

“Şəhidlər Xiyabanından çirkin məqsədlər üçün istifadə edilməsi heç bir mənəviyyata sığmır" ÖZƏL-MÜNASİBƏT

image

“Ümumiyyətlə Azərbaycan müxalifəti hər zaman dağıdıcılıq mövqeyində dayanıb. Onların sabitliyi pozmaq, müəyyən vaxtda ara qarışdırmaq əsas niyyətlərindən biridir. Təbii ki, ona da nail ola bilməyəcəklər. Çünki Azərbaycan xalqı dövlətinin və Prezidentinin yanındadır. Amma məni narahat edən başqa məqam odur ki, onlar şəhidlərin ruhundan utanmalıdırlar”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, Şəhidlər Xiyabanından öz çirkin məqsədləri üçün istifadə etmək heç bir mənəviyyata sığınan bir şey deyil: “Əslində müxalifətin belə bir qanunsuz aksiyanı keçirməsi, yürüş mitinqi təşkil etməsi və onu da Şəhidlər Xiyabanı ilə bağlaması heç bir mənəviyyata, partiya əxlaqına sığmır. Bu mənada mən onların hərəkətini pisləyirəm. Hesab edirəm ki, Azərbaycanda demokratiya var, hüququn aliliyi təmin olunub, insanların hüquq və azadlıqları qorunur, o cümlədən də insanların mitinq, tətil, söz azadlığı hüququ da var. Təbii ki, bunların hamısı qanun çərçivəsində həyata keçirilməlidir. Bunlar hər hansı bir tədbir həyata keçirirlərsə müvafiq icra hakimiyyət orqanına müraciət etməlidirlər və tədbirləri razılaşdırmalıdırlar. Hökumət də onların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməlidir. Dəfələrlə normal belə tədbirlər keçirilib və onu da biz normal qarşılayırıq. 17 noyabr Milli Dirçəliş Günü adı ilə guya şəhidləri yad edib ehtiram bildirilməsi əslində şəhidlərə ən böyük hörmətsizlikdir. Hesab edirəm ki, onlara qarşı bundan sonra da daha ciddi qanunun tələblərinə uyğun olan tədbirlər görülməlidir”.

sia.az

Digər xəbərlər