Siyasət

  • 3 567

"Saakyan həbs edilərək Azərbaycana ekstradisiya edilməli idi" AÇIQLAMA-ÖZƏL

image

“Qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya və daha sonra ABŞ-a səfəri sıradan bir Ermənistanın vətəndaşının səfəri deyil, bunu təxribat xarakterli layihə kimi qəbul etmək olar”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, bu gün Ermənistan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan imtina edir və yeni hakimiyyət Azərbaycan torpaqlarının işğalçılıq siyasətini davam etdirir.Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu məsələdə aktiv rola malik olmasına baxmayaraq, çox təəssüf ki bəzi hallarda ya işğalçı dövlətin tərəfini tutur və ya onun apardığı təxribatçı siyasətə dəstək verir: “Həm ABŞ, həm Fransa Bako Saakyanın kim olduğunu yaxşı bilir. Bu baxımdan əllərində olan hüquqi imkanlardan istifadə edərək, ya onu həbs edərək Azərbaycana ekstradisiya etməli və ya ən azı onun öz ölkələrinə səfər etməsinə mane olmalı idilər. Amma çox təəssüf ki, bunların heç biri baş vermədi. Hətta Saakyan öz həyasızlığına salaraq hər iki ölkədə seçkili orqanların nümayəndələri ilə də görüş təşkil etdi ”.A.Mirzəzadə söyləyib ki, bu məsələyə Azərbaycan biganə qala bilməz: “Artıq Fransaya bu məsələyə dair diplomatik nota verilib. Biz o cümlədən ABŞ-a nəyə görə bu məsələyə göz yumduğunu, nəyə görə, Azərbaycan torpaqlarını işğalında iştirak edən və bu gün işğal olunmuş torpaqda qeyri-qanuni hakimiyyət həyata keçirən şəxslə qarşı belə liberal münasibət göstərdiyinin səbəbini soruşuruq. Beynəlxalq hüquq ikili standartlıqla izah edilə bilməz. Bu baxımdan hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər”.

sia.az

Digər xəbərlər