Siyasət

  • 3 993

Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib

image

“Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib”. Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, partiyamızın gənc üzvləri ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak edirlər. Onun sözlərinə görə, YAP Gənclər Birliyi mütamadi olaraq aktual məsələlərlə bağlı layihələr həyata keçirir.
“Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə və inamla baxmağa əsas verir”-deyə, S.Orucov qeyd edib.

yap.org.az.

Digər xəbərlər