Siyasət

  • 3 814

"Azərbaycan-Belarus hərbi-texniki əməkdaşlığı Ermənistana zərbədir" MÖVQE-ÖZƏL

image

“Son illər ərzində Azərbaycan-Belarus münasibətləri daha da yaxınlaşıb və faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsinə qalxıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.O bildirib ki, iki ölkə arasında əməkdaşlıq bütün istiqamətlər – iqtisadi, ticarət, eyni zamanda hərbi-texniki sahələrində inkişaf edir.Prezident İlham Əliyevin Belarusa son səfəri zamanı bir sıra mühüm sənədlərin imzalandığını xatırladan politoloq söyləyib ki, bu, iki ölkə arasında münasibətlərin daha da yüksək səviyyəyə qalxmasına, əlaqələrin sıxlaşmasına xidmət edəcək.F.Sadıqov vurğulayıb ki, Azərbaycan-Belarus əlaqələrinin möhkəmlənməsi, həm də Belarus-Ermənistan münasibətlərinin pisləşməsi baxımından vacibdir: “Bildiyiniz kimi, faktiki olaraq KTMT-nin üzvü olan Belarus Ermənistandan üz çöndərib, iki ölkə arasında əlaqələr qarşıdurma vəziyyətindədir. Belarus KTMT çərçivəsində Ermənistanın indiki rəhbərliyini qəbul etmir. Onlara qarşı tənqidi ifadələr də səsləndirir. Belə olan halda, biz Azərbaycan-Belarus arasında əməkdaşlığı yüksək qiymətləndirir, buna böyük önəm veririk. Prezident İlham Əliyev də Minsk şəhərində keçirdiyi görüşlərdə bunu xüsusilə vurğulayaraq, bir sıra bəyanatlar verdi”.Azərbaycanın Belarusun ən çətin zamanında onun yanında olduğunu dilə gətirən politoloq söyləyib ki, ölkəmizin bu addımı Belarus rəsmiləri və ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir: “Belarus prezidenti çıxışlarında Azərbaycanın dövlət başçısına təşəkkürünü də bildirdi. Lakin F. Sadıqov qeyd edib ki, Ermənistanı Azərbaycan-Belarus münasibətlərində qıcıqlandıran əsas məsələ iki ölkə arasında olan hərbi-texniki əməkdaşlıqdır: “Azərbaycanın Belarusdan müasir texnikalar alması Ermənistana zərbə olmaqla yanaşı, onların maraqlarına zidd addımdır. Belarus başa düşür ki, Azərbaycan onun üçün daha önəmli, faydalı səmimi tərəfdaş və müttəfiqdir”.

sia.az

Digər xəbərlər