Siyasət

  • 3 840

Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var

image

“Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var”. Bu fikri Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib.Z.Əsgərov bildirib ki, Ulu öndər Heydər Əliyevin adi ilə bağlı olan Yeni Azərbaycan Partiyası tək ölkəmizdə deyil, regionda və dünyada böyük siyasi qüvvə kimi tanınır. Onun sözlərinə görə, partiyamız yarananda əsas məqsələrindən biri Azərbaycanı güclü dövlətə çevirmək idi.“Artıq inkişafın Azərbaycan modeli dünyada özünü doğruldur və təbliğ edilir. Ölkəmiz üç peyki ilə azsaylı üzvü olan kosmik ailədə təmsil olunur. Ulu öndərin Azərbaycan vətəndaşlarının rahat, firavan yaşaması üçün həyata keçirdiyi siyasi, iqtisadi, sosial islahatları davam etdirməklə ölkə vətəndaşlarının etimadını qazanan Prezident İlham Əliyevə ümumxalq ehtiramı və inamı sonsuzdur. İlk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməklə, Şərqlə Qərbi birləşdirən körpü rolunu oynamaqla Azərbaycan ən zəngin bəşəri dəyərlərə malik inkişaf etmiş dövlət olduğunu təsdiqləyib. Təbii ki, qazanılan uğurlarda YAP-ın özünəməxsus rolu var”-deyə, Z.Əsgərov vurğulayıb.

yap.org.az

Digər xəbərlər