Siyasət

  • 4 042

Bəhruz Quliyev: “Azərbaycan və Belarus strateji tərəfdar ölkələrdir” RƏY

image

"Prezident İlham Əliyevin Belarusa səfəri və bu səfər çərçivəsində qəbul edilmiş birgə qərarlar, eləcə də imzalanmış sənədlər iki ölkə arasında uzun illərə söykənən dayanıqlı münasibətlərin məntiqi nəticəsidir". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Belarusa səfəri çərçivəsində bu ölkənin dövlət başçısı Aleksandr Lukaşenko ilə görüşünü və bu görüşün nəticələrini şərh edərkən deyib.Siyasi ekspertə görə, bu görüşdə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etmiş oldu: "Bu gün Belarus istər MDB məkanında, istərsə də dünyada öz iqtisadiyyatı, sənayesi, xüsusilə hərbi sənayesi ilə özəl çəkiyə malik ölkələrdən hesab olunur. Əbəs deyil ki, cənab Lukaşenko dövlət başçımızla görüşündə Azərbaycanın Belarus üçün etibarlı strateji tərəfdaş olduğunu vurğulayıb və qeyd edib ki, Belarus Azərbaycanla dostluğu və əməkdaşlığı yüksək qiymətləndirir. O cümlədən, Aleksandr Lukaşenko Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazır olduqlarını da qeyd edib ki, burada təhlükəsizlik, hərbi və strateji məsələlər də yer almaqdadır"."Ölkələrimiz arasındakı münasibətlərin məhz bu istiqamətdə qurulması eyni zamanda, yüksək etimadın da göstəricisi olaraq qiymətləndirilməlidir", deyən "SƏS" qəzetinin baş redaktoru bununla yanaşı xatırladıb ki, Belarus Avrasiya İttifaqı və KTMT kimi nüfuza malik təşkilatlarda əsas söz sahiblərindən biridir və hər zaman regional məsələlərdə Azərbaycanın ədalətli mövqeyindən çıxış edir: "Bu faktor yaxınlarda da öz təsdiqini tapmış oldu. Diqqət yetirsək görərik ki, Ermənistanın KTMT-də boş qalmış yeri məsələsində işğalçı ölkənin növbəti namizədinin irəli sürməsi iddiasına Belarus Qazaxıstanla birgə qəti mövqe sərgilədi və həmin mövqe qurumun sammitində erməniləri ciddi şəkildə məyusluğua uğratdı. O cümlədən, rəsmi Minsk Ermənistanın hazırkı rəhbərliyinə rəsmi şəkildə öz fikrini çatdıraraq, beynəlxalq siyasətin küçə siyasəti ilə bir yerdə ola bilməməsini vurğuladı. Ümumiyyətlə, görünən budur ki, belə bir dəstəyin göstərilməsi artıq özü-özlüyündə ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə inkişaf etdirdiyini göstərmiş oldu".Bəhruz Quliyev Prezident İlham Əliyevin səfəri çərçivəsində önəmli fikirlərə toxunduğunu xatırladaraq deyib ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək güclü təməllərə söykənən səmimi münasibətlərin bariz göstəricisidir: "Əbəs deyil ki, bu yaxınlarda Belarus hərbi əməkdaşlıq çərçivəsində Azərbaycanı "Polonez" raket kompleksləri ilə təmin etdi və Azərbaycan da öz növbəsində bir sıra iqtisadi məsələlərdə Belarusa öz dəstəyini nümayiş etdirməkdədir. Cənab İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşündə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsi, həmçinin digər sənaye sahələrindəki davamlı əlaqələrə toxunaraq bu dinamikanın ilbəil artdığını vurğuladı. Bütün bunlar əlbəttə ki, Azərbaycanın istər MDB məkanında, istərsə də dünyadakı nüfuzunun artmasının göstəricilərdir. Azərbaycan-Belarus münasibətləri və həmin münasibətlərdən doğan reallıqlar da birmənalı olaraq bu kimi qənaətlərə gəlməyə kifayət qədər zəmin yaratmış oldu".

sia.az

Digər xəbərlər