Siyasət

  • 3 547

"Səfər Azərbaycan-Belarus dostluq əlaqələrinin sübutu oldu" AÇIQLAMA-ÖZƏL

image

“Azərbaycan dövlət başçısı İlham Əliyevin prezidentliyi müddətində beşinci dəfə Belarusa etdiyi səfər digərlərindən öz əhəmiyyətinə görə xeyli fərqlənir. Əvvəla ona görə ki, iki dövlət başcısı arasında baş tutan görüş post-sovet məkanında geosiyasi status kvonun dəyişməsi fonunda, eyni zamanda, Ermənistanın KTMT-da ard-arda uğursuzluqlara düçar olduğu bir zamanda baş verir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.O bildirib ki, Prezidentlərin iki saatdan artıq davam edən danışıqların gündəliyinin zəngin, rejimin gərgin olmasına baxmayaraq ilıq atmosferdə, dostluq və mehribanlıq şəraitində keçib: “Prezidentlər vurğulayıblar ki, onların arasında dərin etimad mühiti mövcuddur. Bunun nəticəsi olaraq Lukaşenko iki ölkə arasında XXI əsrin reallıqlarına uyğun yeni müqavilələrin imzalandığını bəyan edib. Azərbaycan və Belarusun bundan sonra da yaxın dost ölkələr kimi əlaqələrini davam etdirəcəyi bu səfərdə bir daha sübut olundu”.KTMT Astana sammitində Ermənistanın təşkilatın baş katibi vəzifəsinə Xaçaturovdan sonra yeni erməni nümayəndəsi təyin etdirmək cəhdlərinin iflasa uğradığını xatırladan politoloq söyləyib ki, ehtimala görə, bu vəzifəyə dekabrın 6-da Belarus Təhlükəsizlik Şurasının dövlət katibi, Azərbaycanda hərbi təhsil almış Stanislav Zas seçilə bilər.Onun sözlərinə görə, Ermənistanın KTMT-dəki məğlubiyyətləri bununla bitmir: “Belə ki, Paşinyan Azərbaycanın nəinki KTMT üzvlüyünə, hətta ölkəmizin təşkilat yanında müşahidəçi statusuna imkan verməyəcəyini bildirirdi. Lakin məlumatlara görə, dekabr ayında KTMT Sankt- Peterburq sammitində təşkilat nizamnaməsinə dəyişikliklər gözlənilir. Həmin düzəlişlərə əsasən, təşkilata yeni üzvlərin və müşahidəçilərin qəbulu artıq konsensusla deyil, səs çoxluğu əsasında qəbul edilə bilər. Nəticədə, Ermənistanın Azərbaycanın KTMT ilə əlaqələrinə mane olmaq hədələri boşa çıxmış olacaq”.Bütün bunlarda KTMT üzvü olan iki ölkənin - Qazaxıstan və Belarusun rolunun danılmaz olduğunu dilə gətirən N.Məmmədova deyib ki, KTMT üzvü olan Belarus kimi bir dövlətin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi bizim üçün çox vacbdir: “Çünki Ermənistan öz işğalçı fəaliyyətinə son verməmək üçün Azərbaycan hərbi yolla öz torpaqlarını azad edəcəyi təqdirdə KTMT-nin onu müdafiə edəcəklərini vurğulayır. Lakin Belarusun Qarabağ məsələsindəki obyektiv mövqeyi və Prezident İlham Əliyevin Aleksandr Lukaşenkoya buna görə təşəkkür etməsi onu göstərir ki, Ermənistanın bu barədə iddiaları mənasızdır. Üstəlik, qeyd etdiyimiz kimi nəzərə alsaq ki, yaxın illərdə bu təşkilata Belarus nümayəndəsinin rəhbərlik edəcəyi gözlənilir”.Politoloqun fikrincə, Belarus elə bir ölkədir ki, o, hətta Ermənistan "Rusiya NATO”sunda təxribatçı fəaliyyətlərə başlamazdan öncə də Azərbaycanla sıx əməkdaşlıq əlaqələrinə malik idi, Azərbaycan "Polonez" komplekslərini məhz bu ölkədən alaraq öz cəbbəxanasına daxil etmişdi: “ Bu, Ermənistanın "İskəndər" lərinə ən doğru cavab olmuşdu, regionda Ermənistanın xeyrinə hərbi balansın pozulmasının qarşısını almışdı. Ermənistan buna etiraz etməyə çalışaraq, Belarusu KTMT çərçivəsində müttəfiqlik öhdəliklərini pozmaqda ittiham etməyə çalışsa da, lakin bu öhdəliyi pozan, təşkilatdaxili təxribatlarla məşğul olan məhz Ermənistandır”.

sia.az

Digər xəbərlər