Siyasət

  • 4 180

Əli Əhmədov: "Xalqımız YAP-ın fəaliyyətindən razıdır"

image

"Yeni Azərbaycan Partiyasının yaranması ölkə tariximizin ən mühüm hadisələrindən biridir. Partiya ən uğurlu təşkilatlardan biri hesab oluna bilər". SİA-nın xəbərinə görə, bunu YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədov partiyanın yaranmasının 26 illiyi ilə bağlı keçirilən tədbirində çıxış edərkən deyib.O bildirib ki, YAP 26 ildir ki, Azərbaycan xalqına xidmət edir: "26 illik təcrübəyə əsaslanaraq deyə bilərik ki, xalqımız partiyamızın fəaliyyətindən razıdır. YAP öz vəzifələrini layiqincə yerinə yetirir".Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan adı dünyada hörmətlə çəkilən ölkələr sırasındadır: "Bu nailiyyətlərin əldə edilməsi Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətlə əlaqədardır. Yeni Azərbaycan Partiyası cəmiyyətin ən əzəmətli təşkilatı kimi özünü sübut edib. Bu gün siyasi ordu kimi özünü biruzə verməkdədir. Yaşlı əhalimizin hər 10 nəfərindən biri YAP-da təmsil olunur. Partiya sıralarında bu qədər vətəndaşın cəmlənməsi ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Ulu Öndər ideyalarına dərin inamından irəli gəlir".YAP-ın sədr müavini söyləyib ki, əgər vətəndaşlarımızın ürəyindən gələn bu hisslər olmasa idi 725 min insan partiya sırasında cəmlənməzdi: "Bu, dəstəyin göstəricisidir. Bu gün Azərbaycanda hər hansı siyasi hadisə YAP-ın iradəsindən kənarda mövcud deyil. Partiyanın mövcudluğu sabitliyin, əmin-amanlığın prinsiplərini özündə ehtiva edir. Bu siyasətə xidmət edən vətəndaşlarımız qəti şəkildə əmin olublar ki, partiyanın mövcudluğu əmin-amanlıq, inkişaf, əhalinin rifah halının yaxşılaşdırılması, mövqelərimizin möhkəmlənməsi, müasirləşməsi, ölkəmizin dünyada layiqli yer tutub, bu yeri dərinləşdirilməsindən ibarətdir. Partiya ətrafında toplaşan əzəmətli güc bu istiqamətdə əlindən gələni etməyə hazırdır".

sia.az

Digər xəbərlər