Siyasət

  • 4 406

Hacıbala Abutalıbov: "Azərbaycanın gələcəyi xoşbəxt və firavandır"

image

"Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir. SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov Yeni Azərbaycan Partiyasının 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.Onun sözlərinə görə, müstəqil dövlətimizin başçısı İlham Əliyev ölkə iqtisadiyyatının tərəqqisinə xidmət edən sosial-iqtisadi proqramların gerçəkləşməsi ilə yanaşı, milli mənəviyyatımızın təməl sütunlarından sayılan mədəniyyət siyasətinin hərtərəfli inkişafına da mühüm əhəmiyyət verir.H.Abutalıbov əlavə edib ki, böyük xilaskar, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən biri ölkəmizi əbədiyaşar məkana çevirmək məqsədi ilə Şərq dövlətçilik ənənələrinə xas olan şəkildə öz siyasi məktəbini yaratması olub: "Ulu Öndərimiz bu siyasi məktəbin ən parlaq, layiqli nümayəndəsi Prezident İlham Əliyevi müasir Azərbaycanın bugünkü və gələcək inkişafı naminə hazırlayaraq siyasi arenaya çıxara bilib".Baş nazirin müavini əlavə edib ki, əgər oğul atasından sonra onun millət və dövlət uğrundakı işini ləyaqətlə davam etdirərsə, bunu varisin övladlıq borcu adlandırmaq olar: "Güclü azərbaycançılıq ideologiyasının əsası Heydər Əliyev tərəfindən qoyulub. Ölkəmiz Azərbaycanın yeni lideri, Prezident İlham Əliyevə həvalə olunduqdan sonra o, qısa zaman kəsiyində, yüksələn xətt üzrə ictimai həyatımızın bütün sahələrini əhatə edən uğurlu və məqsədyönlü islahatlar həyata keçirib. Prezident İlham Əliyev müasir Azərbaycanda baş verən modernləşmə proseslərini düzgün məcraya yönəldərək yeni innovasiya və informasiya texnologiyaların tətbiqi prosesini daxili və qlobal mühitin tələblərinə uyğun səviyyədə gerçəkləşməsinə münbit şərait yaradıb. Müstəqil Azərbaycanın milli maraqlarını üstün tutan Prezident İlham Əliyevin dünyada baş verən mürəkkəb hadisələri nəzərə alaraq problemlərin düzgün həlli yollarını böyük ustalıqla tapır".Azərbaycanının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyət haqqında fikirlərini bildirən H.Abutalıbov söyləyib ki, Mehriban xanım Əliyeva bir evin xanımı olmaqla yanaşı, layiqli Azərbaycan vətəndaşıdır: "Mehriban xanım Əliyevanın həyata keçirdiyi silsilə tədbirlər təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Mehriban xanım Əliyevanın millət, Vətən naminə gördüyü işlər nurlu ömür salnaməsinin parlaq səhifələridir. Azad Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə dövlət quran üç böyük dahi insan haqqında söz yazmaq məsuliyyətli, çətin olsa da bir o qədər də şərəflidir. Çünki sağlam düşüncəli Azərbaycan vətəndaşı bu böyük insanlar qarşısında olan vicdan borcunu dərk edir, Vətən eşqi ilə yaşamağı onlardan öyrənib, öyrənir və öyrənəcək. Azərbaycanın gələcəyi xoşbəxt və firavandır. Çünki ölkəmizə Ümummilli liderin siyasətini uğurla davam edən Prezident İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev dühasından bəhrələnən partiya sədrinə eşq olsun!".

sia.az

Digər xəbərlər