Siyasət

  • 2 798

“Azərbaycan BMT TŞ-ya, ATƏT-ə müraciət etməlidir" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri onu göstərir ki, dövlətlər beynəlxalq hüquq normalarına riayət etmək istəmirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, ortada xristian təəssübkeşliyi də mövcuddur: “Beynəlxalq təşkilatlar (NATO sammiti, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı, İƏT) bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü haqqında bəyanatlar yayırlar, digər tərəfdən isə məsələ qaranlıq olaraq qalır. Axı onlar hansı pasportla, viza ilə Fransaya və ABŞ-a səfər edir? Fransa və ABŞ başqa qondarma ölkənin pasportuna peçat vururlar və beləcə de-fakto həmin qondarma dövlətin hüquqlarını tanımış olurlar. Azərbaycan bu istiqamətdə təcili tədbirlər görməlidir. Çünki bunlar artıq həddini aşıblar. Zənnimcə Azərbaycan ya BMT-nin Təhlükəsizlik Şurasına, ya da ATƏT-ə müraciət etməlidir. Belə adamların bu cür qanunsuz səfərləri və dövlətlərdə onlara xoş münasibət göstərilməsi beynəlxalq hüququn normalarına ziddir”.

sia.az

Digər xəbərlər