Siyasət

  • 3 686

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır

image

“Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır”. Bu fikri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gun Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, YAP nəinki təkcə Azərbaycan tarixində, yəqin ki, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər. Onun sözlərinə görə, bu, ilk növbədə YAP-ın yarandığı vaxtdan bugünədək xalqa xidmət etməsi ilə əlaqədardır: “Eyni zamanda, Azərbaycan xalqının öz taleyini YAP və onun liderləri ilə bağlamasının 26 illik təcrübəsi əsasında deyə bilərik ki, xalqımız YAP-ın siyasətindən tamamilə məmnundur. 26 il ərzində YAP-ın və onun liderlərinin ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Ölkəmiz simasını kökündən dəyişib, Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Bu gün dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə YAP-ın liderlərinin müəyyənləşdirdiyi siyasətin nəticəsidir”.

yap.org.az.

Digər xəbərlər