Siyasət

  • 4 106

“Azərbaycan gəncliyi bunların iç üzünü görsün” ÖZƏL-MÜNASİBƏT

image

“Biz hər zaman deyəndə ki, Azərbaycanda müəyyən insanlar var ki, hər hansı bir qrupların maşalarıdır, onlardan istifadə edilir, xarici təşkilatlar tərəfindən məqsədli şəkildə maliyyələşdirilir o saat bizi yalançı çıxarmağa çalışırdılar. Artıq bir neçə gündür ki, xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birinə qarşı ifşaedici açıqlamalar verirlər”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, onların əsas məqsədləri hansısa bir maddi, sosial məsəllərin həlli üçün nəsə səy göstərmək deyil: “Bu adamlar öz etirazlarını bildirərək guya xalqın yanında olmağı göstərmək istəyirlər. Biz heç bir zaman onların Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi ilə bağlı, Xocalı soyqırımı ilə bağlı tədbir keçirdiklərinin şahidi olmamışıq. Xüsusilə də Avropada yaşayan həmin o qrant alan şəxslər buna heç bir səy belə göstərməyiblər. Artıq onlar bir-birlərini ifşa etməklə məşğuldurlar. Təbii ki, onların sayı o qədər çox deyil. Bunları birləşdirən bir dəyər var, o da qrant almaq və qarınlarını doydurmaqdır. Azərbaycanın problemi, uğuru, əldə etdiyi nailiyyətlərin heç biri onlar üçün maraqlı deyil. Onları özlərinin şəxs maraqlarından bu tərəfə heçnə maraqlandırmır. Hələ bundan sonra da digər qrant alanların iç üzləri bəlli olacaq. Ümumiyyətlə onların ideologiyadan heç bir anlayışları yoxdur. Sadəcə olaraq onlara təqdim olunan hazır materialları oxumaqla məşğul olublar. Təbii ki, bu da sonda ifşa olundu. Azərbaycan gəncliyi bunlara baxsın və onların iç üzlərini bir daha görsün”.

sia.az

Digər xəbərlər