Siyasət

  • 4 064

Truskavets şəhərinin meri SƏS Media Qrupla müqavilə imzaladı

image

Bu gün Ukraynanın Truskavets şəhərinin meri Andrey Kulçinski Azərbaycana səfəri çərçivəsində “Səs” qəzetinin redaksiyasında olub. SİA-nın verdiyi məlumata görə, “SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyevlə görüşən mer səmimi qəbula görə ona təşəkkürünü bildirib.Mer Baş redaktora Truskavets şəhəri, xüsusilə də sanatoriya-istirahət kompleklərinin turizm potensialı və imkanları barədə məlumat verib.Andrey Kulçinski Azərbaycan və Ukrayna arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyini qeyd edib. Bildirib ki, Azərbaycanda Ukrayna şirkətləri uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artıb və bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.A.Kulçinski Truskavets şəhərindəki turistlərin sayının artması istiqamətindəki müsbət tendensiyaları qeyd edib. Bununla əlaqədar olaraq, o, Ukraynada və xüsusilə də, Truskavetsdə digər dövlətlərin vətəndaşlarının yaşamasının maksimum təhlükəsizliyinin təmin edilməsinə Ukrayna tərəfinin xüsusi diqqət ayırdığını bildirib."SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev isə dəvəti qəbul edib gəldiyinə görə, Truskavets şəhərinin merinə dərin minnətdarlığını bildirib və Azərbaycanla Ukrayna, xüsusilə də iki ölkənin media qurumları, o cümlədən media ilə ayrı-ayrı qurumlar arasındakı əlaqələrdən danışıb. "SƏS" Media Qrupun rəhbəri davamlı və səmərəli əməkdaşlığa ümid bəslədiyini bildirib. Azərbaycandan, dövlətimizin qısa müddətdə qazandığı uğurlardan söz açan B.Quliyev Azərbaycanda mətbuat azadlığının yüksək səviyyədə olduğunu və qanunvericilik səviyyəsində təmin edildiyini diqqətə çatdırıb.Azərbaycanda hazırda 200-dən çox qəzetin, 100-ə yaxın jurnalın, 50-dən çox televiziya və radio kanalının, onlarla mətbuat yayımı şirkətinin və jurnalist təşkilatının fəaliyyət göstərdiyini xatırladan Bəhruz Quliyev, həmçinin qeyd edib ki, internetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub, ölkə əhalisi arasında internet yayımı 80 faizi keçir, sosial şəbəkə istifadəçilərinin sayı iki milyondan çoxdur.Qurum rəhbəri deyib ki, yaxın qonşu və tarixi-mədəni yaxınlığa malik Ukrayna və Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə obyektiv çatdırılması son dərəcə vacibdir. Bu baxımdan həm Ukrayna, həm də Azərbaycan mətbuatının üzərinə böyük məsuliyyət düşür.Daha sonra hər iki tərəfin iştirakı ilə qarşılıqlı birgə əməkdaşlığa dair müqavilə imzalanıb və xatirə şəkili çəkdirilib.Qeyd edək ki, müqavilənin imzalanması ilə bağlı ilk razılıq "SƏS" Media Qrupun baş redaktoru Bəhruz Quliyevin rəhbərliyi ilə Azərbaycanın bir qrup media nümayəndələri və turizm sahəsində çalışan menecerlərin Ukraynaya səfərləri çərçivəsində Truskavets şəhərinin meri ilə görüşü zamanı əldə olunmuşdu.

sia.az

Digər xəbərlər