Siyasət

  • 3 506

Milli Məclis bu gün büdcə müzakirələrini yekunlaşdıracaq

image

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Iiclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi yekun müzakirəyə (üçüncü oxunuş) çıxarılacaq.İclasda həmçinin "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsi yekun müzakirələrə çıxarılacaq.Qeyd edək ki, ümumilikdə Milli Məclisin noyabrın 27-də və 30-da keçirilən iclaslarının gündəliyinə 58 məsələ daxil edilib.

yap.org.az

Digər xəbərlər