ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupdakı üzvlərin sayı 59-a çatıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Markvayne Mallin Konqresdə fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupa üzv olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla da işçi qrupdakı üzvlərin sayı 59-a çatıb.
Respublikaçılar Partiyasından olan konqresmen Markvayne Mallin ABŞ Konqresində Oklahoma ştatına aid seçki dairəsini təmsil edir.
Qeyd edək ki, ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrup iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

yap.org.az