"Media və mənəvi dəyərlər" mövzusunda konfrans keçirilir

Bu gün Bakıda "Media və mənəvi dəyərlər" mövzusunda konfrans və eyni adlı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə mətbuat nümayəndələri, qəzet redaktorları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirlər.Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov mərasimi giriş sözü ilə açaraq Fondun gördüyü işlər və müsabiqənin əhəmiyyəti barəsində danışıb və qalibləri təbrik edib.Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək Fondla mətbuatın birgə əməkdaşlığından danışıb və mətbuatın ictimai fikirdə, cəmiyyətdə oynadığı rolu qeyd edib.Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış edərək mövzu ilə bağlı dəyərli fikirlərini bildiriblər.Sonda qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

sia.az