Ziyafət Əsgərov: "Azərbaycan dünyada sülhün tərəfdarıdır"

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında" qanun layihəsi müzakirə edilib. SİAxəbərinə görə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, Azərbaycan dünyada sülhün tərəfdarıdır.Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

sia.az