Siyasət

  • 4 737

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

image

Dekabrın 7-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclası keçiriləcək.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətində bildiriblər ki, Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 80-ci iclası keçiriləcək.

İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinə dair məsələlərin geniş kompleksi daxil edilib. Əsas müzakirə mövzuları 2020-ci ilədək dövrdə MDB ölkələrinin innovasiyalar üzrə əməkdaşlığının Dövlətlərarası Proqramı çərçivəsində məsələlər, rəqəmsal iqtisadiyyatın inkişafı şəraitində Birlik ölkələrində rəqabət siyasətinin formalaşması olacaq.
Tədbirdə, həmçinin nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələləri, MDB Hökumət Başçıları Şurasının dəmiryolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tətbiqi haqda Konsepsiyaya və 2018-ci fraxt ili üçün MDB ölkələrinin dəmir yollarında tarif siyasətinə dair qərarlarının yerinə yetirilməsi vəziyyəti müzakirə ediləcək. 2018-ci ildə Tacikistan Respublikasının sədrliyi dövründə iqtisadi məsələlərin gündəliyinə də yekun vurulacaq.
Bundan başqa, iclas iştirakçıları digər maliyyə və təşkilati məsələləri də nəzərdən keçirəcəklər.

yap.org.az

Digər xəbərlər