Siyasət

  • 4 459

"ABŞ, Rusiya və Fransa Bakonu hansı ölkənin pasportu ilə qəbul edib?" ÖZƏL-ŞƏRH

image

“Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisinin bir hissəsində qanunsuz elan edilmiş qondarma rejimin “başçısı”nın bu qanusuzluğun aradan qaldırılması üçün mandata sahib ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinə səfərlərini “bəraət” pərdəsinə bükməyin bir anlamı yoxdur. Necə deyərlər, faktdan başqa fakt yoxdur. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri açıq-aydın mövqe ortaya qoymalıdır – onlar bu mandatı davam etdirmək istəyir, ya yox?”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.Şöbə müdirinin sözlərinə görə, onlar Ermənistanın Azərbaycan torpaqlarını işğalı, Dağlıq Qarabağ və ətraf rayonların zəbt edilməsi ilə Ukraynanın, Gürcüstanın, Moldovanın ərazisindəki bəlli münaqişələrə, habelə İspaniyanın Kataloniya bölgəsindəki, ən əsası sabah-birisigün öz ərazilərində belə hallar yaranarsa, separatçılığa münasibətdə tutduqları mövqe arasında nə kimi paralellik, yaxud fərqliliklərə malikdirlər, bu tutumun izahı nədir? BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 822, 853, 874 və 884 saylı Qətnamələrində repsublikamızın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığının zəruriliyi qeyd olunub. Həmin ali sənədlərdə işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxması əks olunub. Bu hadisələr nəticəsində Azərbaycana milyardlarla ziyan dəyib, abidələr daığılıb, flora və fauna sıradan çıxarılıb, qanunsuz məskunlaşmalar həyata keçirilib, insanlar öldürülüb, evlər xaraba qoyulub... Bütün bunlardan sonra, guya sülhyaratma mandatı daşıyan ölkələr gerçək, haqlı addımlar atmaqdansa separatçının başını sığallayır.Əliqanlı qondarma rejim başçısının səfərlərinə yaşıl işıq yandırmaq separatçılığın, terrorçuluğun təşviqinə xidmət edir, dünyada sülhə, birgəyaşayışa zərbə vurur və şübhə yoxdur ki, gec-tez təşviqçilər özləri də bu yanlışlığın acısını yaşayacaqdır.ABŞ, Rusiya və Fransa Bakonu hansı ölkənin pasportu ilə qəbul edib? Guya bu ölkələrdə o yaramazın kim olduğunu, hansı qanunusuzluqlarla, cinayətlərlə məşğul olduğunu bilmirlərmi? Bilə-bilə də şərait yaradırsan ki, sənin sərhədlərini keçib, görüşlər keçirsin, bəyanatlar versin və s. Qondarma rejimin hər hansı təmsilçinin adıkeçən ölkələrə səfəri, bu ölkələrin rəsmi sənədlərdə əks olunmuş, ikitərəfli müqavilələrlə təsbit olunmuş mövqeləri, öhdəlikləri ilə daban-dabana ziddir.Ya bu ölkələr açıq-açığına desinlər ki, biz ikili standartlar yürüdürük, eyni mövzu üzrə Azərbaycana başqa, digər ölkələrə bir başqa münasibətə malikik; ya da, Azərbaycan ordusunun gücülü həmlələri baş verincə, bizə sülhdən, dialoqdan, “dəirmi masa”dan söz açmasınlar. Əlbəttə, Azərbaycan XİN separatçının səfərləri ilə bağlı tutarlı mövqe göstərdi; ancaq görünür, xalq olaraq, özəlliklə, vətəndaş cəmiyyəti institutları, diaspor qurumları və b. daha təsirli hərəkətlərdə bulunmalıyıq. Şübhəsiz ki, düşmənə də, separatçılığıa, işğallara göz yumanlara da ən tutarlı cavab orumuzun qələbə yürüyüşü ilə veriləcək.Biz Ali Baş Komandanımıza, ordumuza, bir sözlə, dövlətimizə və haqqın nazilsə də, üzülməyəcəyinə inanırıq; bu inam içində hər birimiz öz tarixi məsuliyyətimizi idrak edib, gücümüz çatdığı qədər dövlətimizə, haqq işinə öz töhfələrimizlə kömək etməliyik”.

sia.az

Digər xəbərlər