İspaniya La Liqasında 13-cü turun oyunları keçirilib. SİA-nın məlumatına görə, "Barselona" evdə "Vilyarreal"ı 2:0 hesabı ilə məğlub edib.La Liqada turnir cədvəlinə 28 xalla "Barselona" başçılıq edir. Bir oyun az keçirən "Sevilya" 27 xalla 2-cidi. "Atletiko" 25 xalla 3-cüdü. 14 xalı olan "Vilyarreal" 17-ci yerdə qərarlaşıb.
"Barselona" - "Vilyarreal" 2:0
Qollar: Jerar Pike, 35, Karles Alena, 87
sia.az