Siyasət

  • 3 921

Deputat: "Paşinyanı ayın 9-da sürpriz gözləyir" RƏY-ÖZƏL

image

“Ermənistanda seçkiqabağı mübarizədə rəqiblər, tərəflər bir-birinə qarşı təxribat xarakterli bəyanatlar verirlər. Lakin mən David Şahnazaryanın Paşinyanın Qarabağı vermək üçün hakimiyyətə gəlməsi ilə bağlı fikirlərinə inanmıram. Mən Paşinyan belə bir fikirdə olduğunu düşünmürəm”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.O bildirib ki, Ermənistanda son baş verən hadisələr, səslənən bəyanatlar Paşinyana ona qarşı yaradılan piar kampaniyasının tərkib hissəsidir.Paşinyanın rəqiblərini zərərsizləşdirmək üçün ən kəskin - həm ideoloji, həm də güc sahəsində bütün vasitələrdən istifadə etdiyini deyən deputat E.Məmmədov söyləyib ki, Ermənistanda hakimiyyət uğrunda gedən mübarizə ölkəmizin xeyrinə işləyən prosesdir: “Xüsusilə də Paşinyan və onun tərəfdarlarının Rusiya əleyhinə Rusiyadan uzaqlaşmaq istiqamətində verdikləri bəyanatlar, gördükləri işlər bizim xeyrimizə olan məqamlardır. Çünki bu dövləti tarixən Rusiya yaradıb, onun himayəsində olub, qonşu ölkə müdafiə edib, saxlayıb. Ermənistanın bugünkü mövcudluğunun səbəbkarı da Çar Rusiyası, SSRİ və indiki Rusiya Federasiyasıdır”.Deputatın fikrincə, bu gün Ermənistanda təmsil olunan siyasi rəhbərlər arasında normal ağıla sahib və Dağlıq Qarabağ probleminin həllinə ədalətli yanaşmağı bacaran siyasətçi yoxdur: “O siyasətçini formalaşdıran qüvvələr müxtəlifdir. Birinci növbədə bizim gücümüzün artmağı, cənab Prezidentin dediyi kimi uğurla apardığımız təcridetmə siyasəti, ordumuzun güclənməsi, beynəlxalq aləmdə nüfuzumuzun yüksəlməsi onların müəyyən istiqamətdə formalaşmasına səbəb olur. Digər tərəfdən onları himayə edən dövlətlərin onlara qarşı münasibəti və ədalətli mövqeyi bunları formalaşdıra bilər. Biz edirik, ancaq hələ ki, digər dövlətlərdən bunu görə bilmirik”.E. Məmmədov qeyd edib ki, bu yaxınlarda həmsədr dövlətlər də atdıqları addımlarla Azərbaycanın uzun illərdir söylədiyi fikri təsdiq etmiş oldular: “ Həmsədrlər danışıqlarda bitərəf deyil, tərəf olduqlarını göstərdilər. Hər üç həmsədr dövlətin quldur, hərbi cani olan Bako Saakyanı öz ölkəsinə dəvət etməsi, onunla isti görüşlər keçirməsi, onu Baykala istirahətə göndərməsi və digər addımlar xəbər verir ki, bunlar Ermənistana tərəfdirlər”.Deputat əlavə edib ki, ermənilərin bir-birinə qarşı tələ qurduqlarını nəzərə alsaq, Paşinyanı ayın 9-da hansı sürpriz gözlədiyini bilmək olmaz.

sia.az

Digər xəbərlər