Siyasət

  • 3 657

"Heç bir vasitəçi ölkə danışıqlar prosesində aktiv deyil" AÇIQLAMA-ÖZƏL

image

"Danışıqlar prosesində durğunluğun əsas səbəblərindən biri uzun illər ərzində vasitəçililk missiyasının həyata keçirilməsində passivlik nümayiş etdirən ATƏT Minsk qrupu formatının böhranıdır. ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin tərəflərin konstruktiv dialoqu əsasında həll olunması üçün Ermənistanın Azərbaycanla predmet danışıqlara cəlb olunması məsələsində daha fəal olmalıdır". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.O bildirib ki, ATƏT Minsk qrupu formatındakı heç bir vasitəçi ölkə danışıqlar prosesində aktivlik göstərmir.Onun sözlərinə görə, bunu beynəlxalq vasitəçilərin regiona, Ermənistan, Azərbaycan və işğal olunmuş Qarabağa səfərlərinin nəticələri göstərir: "Heç bir vasitəçi ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün Ermənistana lazımi təzyiq göstərmir. Fikrimcə, substantiv danışıqların keçirilməsinin zərurəti barədə çağırışlarla yanaşı, beynəlxalq vasitəçilər Qarabağ məsələsinin nizamlanmasına yönəlmiş konkret təkliflər paketi ilə çıxış etməlidir”.

sia.az

Digər xəbərlər