“Ermənistanda yeni parlament iflc vəziyyətinə düşə bilər” RƏY-ÖZƏL

“Azərbaycan və Ermənistan XİN başçıları arasında dekabrın 5-də keçiriləcək görüşdən müsbət heç nə gözləmirəm. Çünki Ermənistan tərəfinin nə istədiyi məlum deyil” . Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Ermənistanda stabil hakimiyyətinin olmadığını deyən deputat söyləyib ki, bu ölkədə seçkilərin dekabrın 9-da keçiriləcəyini nəzərə alsaq, hazırda orada heç kim qərar qəbul etmək iqtidarında deyil.Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında keçiriləcək görüşün sadəcə protokol xarakterlidir: “Bu baxımdan görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli istqamətində sülh prosesinə təsir edəcəyini gözləmək mümkün deyil”.A.Mollazadə qeyd edib ki, Ermənistanda ciddi parçalanma var və köhnə hakimiyyət yeni hakimiyyətə uzunvədəli proseslər həyata keçirməyə imkan verməyəcək:“Ermənistanın keçmiş hərbi cinaytkarları bilavasitə bu ölkənin sahibləri ilə bağlıdırlar. Bu baxımdan yeni seçiləcək parlamentin iflic vəziyyətinə düşə biləcəyi istisna edilmir”.Xatırladaq ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

sia.az