Siyasət

  • 3 898

“Ermənistan hər dəfə danışıqlar prosesini pozur” ÖZƏL-RƏY

image

“Ermənistan 9 dekabr parlament seçkiləri ərəfəsindədir. Ona görə də hər şey seçkiqabağı ideologiyaya köklənib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan bundan əvvəl Nyu-Yorkda BMT-nin Baş Sessiyasının iclasında bir araya gəlmişdilər. Həmin görüşdə ciddi bir şey əldə edilməmişdi. Görüşdə yalnız müzakirələrin davam etdirilməsi qərara alınmışdı”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, indi də ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabrda Milanda görüşü planlaşdırılır: “Təbii ki, bu görüşdə də nazirlər biraraya gələcəklər. Ümumiyyətlə Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışırlar. Baxmayaraq ki, ATƏT, BMT təzyiqlər göstərir, status-kvonun dəyişdirilməsini tələb edir və s. amma Ermənistan tərəfi qeyri-konstruktiv yol tutub. Hələki tərəflər bir-birini test etməklə (öyrənməklə) məşğuldur. Zöhrab Mnatsakanyan əvvəllər Ermənistanın BMT-dəki nümayəndəsi olub. Yəni təcrübəsi var. Amma işğalçı ölkə qeyri-konstruktiv mövqe tutmaqla danışıqlar prosesini ləngitmək istəyir. Bu görüşdə də mən güman etmirəm ki, gündəmə hansısa bir sənədin, problemin müzakirəsi gələ bilər. Təbii ki, prosedur məsələlər ətrafında söhbətlər gedəcək. Daha sonra danışıqlar prosesini sürətləndirməyin yolları haqqında tərəflərin mövqeləri gündəmə gələcək. Ermənistan hər dəfə danışıqlar prosesində Dağlıq Qarabağın statusu məsələsini ortaya atmaqla bütövlükdə danışıqlar prosesini pozur”.

sia.az

Digər xəbərlər