Siyasət

  • 3 462

“Birazdan Qənimət, Arif və Vidadi də məlum zolağa girəcəklər” AÇIQLAMA

image

“Bu adamların problemi, davası elə maliyyə üzərində başlayıb”. Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.Onun sözlərinə görə, "mühacirlər" bunu gizlətməyə cəhd etmirlər: “Yayımladıqları videolarda açıq-açığına deyirlər ki, xaricdən və naməlum zonalardan gələn qrantların müqabilində millət, xalq, dövlət əleyhinə təbliğat aparmışıq və indi də pulu bölə bilmirik. Yəni, özləri özlərini ifşa edirlər. Halbuki, biz aylardır, illərdir bu haqda danışırıq. Sadəcə indi boyunlarına alırlar. Daha doğrusu almağa məcbur olublar. Hələ ki, Mirzəli ilə Turalın davası başlayıb. Birazdan Qənimət, Arif, Vidadi də məlum zolağa girəcəklər. Buna kimsənin şübhəsi olmasın. Onların davası hələ qabaqdadır. Mənəviyyatını pula satan adamlardan bundan artığını gözləmək olmaz. Onsuzda hamı bilirdi ki, xaricdə yaşayan ünsürləri kimsə danışdırır, onlara təlimat verir. Təbii, pulun müqabilində. İndi isə özləri etiraf etdilər. Utanıb yerin dibinə girsinlər. Millətinə, dövlətinə qarşı çıxan, bu ölkənin ləyaqətli insanlarını şərləməyə çalışan bütün ləyaqətsizlərin sonu belə olacaq”.

sia.az

Digər xəbərlər