Siyasət

  • 2 433

Bakıda monitorinqin nəticələrinə dair konfrans keçirilir

image

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilir.SİA-nın verdiyi məlumata görə, konfransda Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, deputatlar, Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının mütəxəssisləri, dilçi alimlər, teleradio yayımçılarının nümayəndələri iştirak edir.

sia.az

Digər xəbərlər